- Dünyanın halı
- 13 İyun 2020 10:07
- 2 445
Misirdə də rekord qeydə alındı
Misirdə koronavirusa yoluxanların ümumi sayı 41 303-ə yüksəlib
Misirdə koronavirusla bağlı vəziyyətdə rekord göstərici qeydə alınıb. Belə ki, ölkədə son sutka ərzində 1 577 nəfərdə koronavirus aşkarlanıb.
AzNews.az bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.
Bununla da Misirdə koronavirusa yoluxanların ümumi sayı 41 303-ə yüksəlib.
Bundan əlavə, son 24 saat ərzində daha 45 nəfər koronavirusun qurbanı olub. Nəticədə ölkədə koronavirusdan ölənlərin sayı 1 422-yə çatıb.
Daha əvvəl Pakistanda koronavirusla bağlı vəziyyətdə rekord göstərici qeydə alınmışdı.