Xəstəlikdən ölənlərin sayı 450 686-ya çatıb Xəstəlikdən ölənlərin sayı 450 686-ya çatıb

ÜST-dən koronavirusla bağlı son rəqəmlər

Xəstəlikdən ölənlərin sayı 450 686-ya çatıb

Dünyada son sutka ərzində koronavirusa yoluxanların ümumi sayı 142 451 nəfər artaraq 8 385 440-a yüksəlib. AzNews.az bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bundan əlavə, son 24 saat ərzində daha 5 151 nəfər koronavirusun qurbanı olub. Bununla da xəstəlikdən ölənlərin sayı 450 686-ya çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib.