Bu barədə "TOLOnews" telekanalı bildirib Bu barədə "TOLOnews" telekanalı bildirib

Əfqanıstanda silahlılar 53 nəfəri girov götürdü

Bu barədə "TOLOnews" telekanalı bildirib

Əfqanıstanın Daykundi əyalətində silahlı şəxslər aralarında qadınlar və uşaqlar da olmaqla, 53 nəfəri girov götürüb.

AzNews.az xəbər verir ki, bu barədə "TOLOnews" telekanalı bildirib.

Əyalətin qubernatoru Zia Xamdard qeyd edib ki, silahlılar artıq yerli ağsaqqalların vasitəçiliyi nəticəsində doqquz girovu sərbəst buraxıblar. Digərlərinin azad olması haqqında danışıqlar davam edir.

Qubernator iddia edib ki, insanları radikal "Taliban" hərəkatının döyüşçüləri girov götürüblər. Lakin "talib"lər hadisədəki iştirakları barədə deyilənləri rədd ediblər.