- Dünyanın halı
- 26 İyun 2020 09:43
- 2 264
Ukraynada koronavirusun ikinci dalğası başladı
Bunu Ukraynanın Baş Naziri Denis Şmıqal bildirib
“Covid-19 xəstələrini qəbul edən xəstəxanaların iş yükü həddindən çox artıb. Bu isə o deməkdir ki, Ukrayna xəstəliyin ciddi ikinci dalğasına daxil olub”.
AzNews.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Ukraynanın Baş Naziri Denis Şmıqal bildirib.
“Koronavirusa yoluxan pasiyentlərin qəbulu üçün ikinci dalğa xəstəxanalarına yerləşdirmələrə başlamışıq. Bu gün növbəti antirekord – 1000-dək yoluxma qeydə alınıb. Xəstəxanaların həddindən çox yüklənib. Bu o deməkdir ki, xəstəliyin ikinci dalğasına daxil olmuşuq”, - deyə Şmıqal söyləyib.
Baş Nazir xəstələrin sayında artım baş verməsinin əsas səbəbi kimi karantin məhdudiyyətlərinə əməl olunmamasını göstərib.