Fələstin Prezidenti Mahmud Abbasla Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı olub Fələstin Prezidenti Mahmud Abbasla Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı olub

“İsrail ilə müzakirələrə hazırıq”

Fələstin Prezidenti Mahmud Abbasla Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı olub

AzNews.az xəbər verir ki, M. Abbas İsrailin ilhaq planları ilə bağlı son siyasi hadisələr haqqında Angela Merkelə məlumat verib.

Fələstin Prezidenti telefon danışığı zamanı beynəlxalq qanunlar çərçivəsində və dördtərəfli komissiyanın nəzarəti altında İsraillə müzakirələrə hazır olduğunu bildirib.

A.Merkel danışıqlar zamanı iki tərəfin də danışıqlar masasına oturmasının vacibliyinə diqqət çəkib. Almaniyanın iki dövlətli həll prinsipi əsasında sülhü dəstəklədiyini açıqlayıb.

Pərvanə