30 903 erməni yoluxub 30 903 erməni yoluxub

Koronavirusdan 546 erməni ölüb

30 903 erməni yoluxub

Ermənistanda koronavirusa yoluxanların sayı 30 903 nəfərə çatıb.

Erməni KİV-lərinin yaydığı məlumata görə, son sutka ərzində 557 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 11 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 546 nəfər koronavirusdan ölüb, 11 648 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.

AzNews.az