Bu barədə müəssisənin yaydığı press-relizdə bildirilib Bu barədə müəssisənin yaydığı press-relizdə bildirilib

Kaliforniyada daha 8 min məhbus azad ediləcək

Bu barədə müəssisənin yaydığı press-relizdə bildirilib

ABŞ-ın Kaliforniya ştatının İslah və reabilitasiya mərkəzinin departamenti koronavirusun yayılmasına qarşı mübarizə çərçivəsində 8 minədək məhbusu avqustun sonunadək azad etməyi planlaşdırır.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə müəssisənin yaydığı press-relizdə bildirilib.

Məlumata görə, koronavirusa qarşı mübarizə çərçivəsində mart ayından indiyədək 10 minə yaxın məhbus azad edilib. Bu amnistiya həbs müddətinin başa çatmasına bir il və daha az qalan məhbuslara şamil olunacaq.