Dünyada COVID-19-dan ölənlərin ümumi sayı 556 min nəfəri ötüb Dünyada COVID-19-dan ölənlərin ümumi sayı 556 min nəfəri ötüb

Dünyada COVID-19-la bağlı son vəziyyət açıqlandı

Dünyada COVID-19-dan ölənlərin ümumi sayı 556 min nəfəri ötüb

Dünyada son bir gün ərzində koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 219 mindən çox artıb və 12,3 milyonu ötüb

AzNews.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, dünyada COVID-19-dan ölənlərin ümumi sayı 556 min nəfəri ötüb.

Məlumatda qeyd edilir ki, son bir gün ərzində koronavirus infeksiyasına yeni 219 983 yoluxma qeydə alınıb, COVID-19-dan daha 5 286 pasiyent ölüb. Beləliklə, dünyada koronavirusa yoluxanların ümumi sayı 12 322 395 nəfər təşkil edir. Pandemiya ərzində dünyada ümumilikdə 556 335 insan COVID-19-dan ölüb.

Təhükəli virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Bu qitədə 6 397 230 insan COVID-19-a yoluxub. Avropada 2 888 850 nəfər koronavirus yoluxucusu kimi qeydə alınıb.