Polislər yaralı vəziyyətdə çatdırıldıqları yerli xəstəxanada ölüblər Polislər yaralı vəziyyətdə çatdırıldıqları yerli xəstəxanada ölüblər

Texasda polis əməkdaşları güllələnib

Polislər yaralı vəziyyətdə çatdırıldıqları yerli xəstəxanada ölüblər

ABŞ-ın Texas ştatının Mak-Allen şəhərində baş verən atışma nəticəsində 2 polis əməkdaşı həlak olub.

AzNews.az-ın məlumatına görə, bu barədə polisə istinadən ABC telekanalı bildirib.

Qed edilir ki, polislər yaralı vəziyyətdə çatdırıldıqları yerli xəstəxanada ölüblər. Məlumata görə, onlar çağırışa gəliblər. Bu zaman atışma olub.

Atışmadan sonra hadisə yerinə başqa polislər göndərilib. Onlar asayiş keşikçilərini güllələmiş şəxsə silahı yerə qoymağı əmr ediblər. Şübhəli şəxs bu zaman intihar edib.

Mal-Allenin meri Cim Darlinq polislərin həlak olması ilə əlaqədar təəssüfünü ifadə edib.