Bu barədə dövlət başçısının mətbuat xidməti bildirib Bu barədə dövlət başçısının mətbuat xidməti bildirib

Braziliyanın birinci xanımı koronavirusa yoluxub

Bu barədə dövlət başçısının mətbuat xidməti bildirib

Braziliya prezidenti Jair Bolsonarunun xanımı Mişel Bolsonaru koronavirusa yoluxub.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti bildirib.

"Mişel Bolsonaru cümə axşamı - 30 iyulda koronavirus analizi verdi, hansının ki, nəticəsi müsbət oldu", - xəbərdə deyilir.

Onun vəziyyəti normal qiymətləndirilir. Qeyd edilir ki, Braziliyanın birinci xanımı sanitar tələblərə riayət edəcək.

"Birinci xanım Prezident Administrasiyasının tibb personalının müşahidəsi altında olacaq", - mətbuat xidməti qeyd edib.

Qeyd edək ki, bir müddət əvvəl Braziliya Prezidenti özü də koronavirusa yoluxub.