- Dünyanın halı
- 5 Avqust 2020 21:48
- 3 874
Çin 2021-ci ildə iki meteoroloji peyk buraxmaq niyyətindədir

Bu barədə “Sinhua” agentliyi məlumat yayıb
Çin gələn il “Fengyun-3E” (FY-3E) və “Fengyun-4B” (FY-4B) adları verilmiş iki meteoroloji peyk buraxmaq niyyətindədir.
AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Sinhua” agentliyi məlumat yayıb.
Məlumata görə, “Fengyun-3E” artıq orbitə yerləşdirilən meteoroloji qurğular qrupuna qoşulacaq və bu seriyada beşinci olacaq. Bundan əvvəlki “Fenqyun-3D” peyki 2017-ci ilin noyabrında buraxılıb.
“Sinhua” xəbər verir ki, yeni peyk qlobal ədədi hava proqnozunun dəqiqliyini və səmərəliliyini artıracaq.