Baş Nazir miqrantları bioloji təhlükə adlandırdı

"Bu söz ciddidir və mən onu ehtiyatla deyirəm”

Macarıstanın Baş Naziri Viktor Orban bildirib ki, miqrantların ölkəyə gəlməsi dayandırılmalıdır. Onun fikrincə, bu insanlar bioloji təhlükə yaradır.

AzNews.az bildirir ki, bu barədə “EFE” agentliyi xəbər verib.

“Ölkəyə nəzarətsiz daxil olmaq istəyən bütün qeyri-leqal miqrantlar nəinki Macarıstan qanunlarını pozur, həm də bioloji təhlükə yaradır. Bu söz ciddidir və mən onu ehtiyatla deyirəm”, - “İnterfaks” Orbanın sözlərini sitat gətirir.

Siyasətçi izah edib ki, heç də bütün miqranlar “bizi yoluxdura bilməz”, lakin bəziləri həqiqətən COVİD-19-a yoluxmuş ola bilər. Buna görə də, macarıcstanlı Baş Nazir hesab edir ki, ölkəyə gələn bütün insanlar potensial COVID-19 daşıyıcıları hesab edilməlidir.