Hazırda ərazidə axtarış işləri davam edir Hazırda ərazidə axtarış işləri davam edir

Çində fabrikdə yanğın, ölənlər var

Hazırda ərazidə axtarış işləri davam edir

Çinin Fucien vilayətində fabrikdə baş verən yanğında 8 nəfər ölüb.

AzNews.az xəbər verir ki, hadisə Cincian şəhərinin Çenday qəsəbəsində günorta saatlarında baş verib. Yeddimərtəbəli binada baş verən yanğın söndürüldükdən sonra ərazidə 7 meyit tapılıb. Ağır yaralı vəziyyətdə tapılaraq xəstəxanaya çatdırılan bir nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Hazırda ərazidə axtarış işləri davam edir.