Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb

Belarusda aksiyalar zamanı 103 polis yaralanıb

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb

Belarusda avqustun 9-dan 13-dək baş verən icazəsiz aksiyalar zamanı 100-dən çox polis əməkdaşı yaralanıb.

AzNews.az “TASS”a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb:

“Ümumilikdə, 9-13 avqust tarixlərində vətəndaşların qanunsuz hərəkətləri nəticəsində 103 polis yaralanıb, onlardan 28-i xəstəxanaya yerləşdirilib”.

Həmçinin bildirilib ki, son bir gün ərzində hüquq-mühafizə orqanları tərəfindən icazəsiz aksiyalarda iştirak etdiyinə görə 700-ə yaxın şəxs saxlanılıb.