Ermənistanda fövqəladə vəziyyət rejimi 11 sentyabra qədər uzadılıb Ermənistanda fövqəladə vəziyyət rejimi 11 sentyabra qədər uzadılıb

Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət

Ermənistanda fövqəladə vəziyyət rejimi 11 sentyabra qədər uzadılıb

Rusiyada son sutka ərzində daha 5 061 nəfərdə COVID- 19-a yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 917 min 884-ə çatıb.

Bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib. Bildirilib ki, ölkə üzrə aktiv koronavirus xəstələrinin sayı 172 min 856 nəfər təşkil edir.

Ötən gün ərzində xəstəlik səbəbindən daha 119 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 15 min 617-yə çatıb. Ümumilikdə 729 min 411 pasiyent isə sağalaraq evinə buraxılıb.

Gürcüstanda son sutka ərzində daha 15 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.

AzNews.az xəbər verir ki, bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib.

Bildirilir ki, ölkədə yoluxanların sayı 1 321-ə yüksəlib, virusdan ölənlərin sayı isə 17-dir.

Ermənistanda sutka ərzində daha 196 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib. Yoluxanların ümumi sayı 41 495-ə çatıb.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 3 nəfər artaraq 817-yə çatıb. Ümumilikdə 34 484 pasiyent müalicə olunaraq sağalıb, 5 952 xəstənin müalicəsi davam etdirilir.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 sentyabra qədər uzadılıb.