Livanın keçmiş hökuməti bir neçə gün davam edən etirazlardan sonra 10 avqustda istefa vermişdi Livanın keçmiş hökuməti bir neçə gün davam edən etirazlardan sonra 10 avqustda istefa vermişdi

Livanın yeni Baş Naziri təyin edildi

Livanın keçmiş hökuməti bir neçə gün davam edən etirazlardan sonra 10 avqustda istefa vermişdi

Livanın Almaniyadakı səfiri Mustafa Ədib ölkənin yeni Baş Naziri təyin olunub.

AzNews.az xəbər verir ki, bu barədə Livanın Prezident Administrasiyası məlumat yayıb. Bildirilib ki, Ədibə yeni bir hökumət qurmaq tapşırılıb. Onun namizədliyi Xristian Azad Vətənpərvərlər Hərəkatının parlamentdəki fraksiyası tərəfindən irəli sürülüb.

M.Ədib təyinatla bağlı çıxışında Nazirlər Kabinetinin qurulmalı və islahatlara başlanılmalı olduğunu bildirib. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu ilə müqavilə bağlamaq üçün bu islahatların həyata keçirilməsi tələb olunur.

Xatırladaq ki, Livanın keçmiş hökuməti bir neçə gün davam edən etirazlardan sonra 10 avqustda istefa vermişdi.