Koronavirusa rekord sayda yoluxma qeydə alındı

Epidemiyanın başlanğıcından Fransada COVID-19-dan 30 686 insan ölüb

Fransada bir gün ərzində koronavirusa 8 975 yoluxma qeydə alınıb.

AzNews.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Baş İdarəsi məlumat yayıb. Qeyd edilir ki, bu, epidemiyanın başlanğıcından rekord rəqəmdir.

Martın sonunda bir gün ərzində yoluxma halları 7 578 təşkil edib.

Çərşənbə günü və cümə axşamı 7 mindən çox yoluxma təsbit edilib.

Hazırda ölkənin xəstəxanalarında 4 671 koronavirus xəstəsi müalicə edilir, onlardan 473-ü reanimasiyadadır.

Epidemiyanın başlanğıcından Fransada COVID-19-dan 30 686 insan ölüb.