Tramp belə düşünür Tramp belə düşünür

Rusiya, Hindistan və Çin ətraf mühiti çirkləndirirlər

Tramp belə düşünür

ABŞ Prezidenti Donald Tramp prezidentliyə namizəd, keçmiş vitse-prezident Jozef Baydenin orta təbəqəni məhv etmək niyyətində olduğunu deyib.

Qazeta.ru-nun yaydığı xəbərə görə, Ağ Evin başçısı J.Baydenin ətraf mühiti korlamaq niyyətində olduğunu da əlavə edib. Öz növbəsində onun administrasiyasının vəziyyəti yaxşılaşdırmaq üçün gündəlik işləri həyata keçirdiyini və paralel olaraq yeni yüksək maaşlı iş yerləri açdığını bildirib.

"Baydenin planı Amerikanın orta təbəqəsini məhv etmək, eyni zamanda dünyanın çirklənməsində lider olan ölkələrə "havayı keçid" verməkdir", - D.Tramp deyib, lakin "havayı keçid"in nə olduğunu izah etməyib.

ABŞ prezidenti bu cür ölkələr arasına Hindistan, Çin və Rusiyanın da daxil edildiyini və onun prezidentliyi dövründə "Amerikanın ən təmiz havaya sahib olduğunu" vurğulayıb. (Trend)

AzNews.az