- Dünyanın halı
- 19 Sentyabr 2020 11:32
- 2 502
Atlantik okeanda güclü zəlzələ
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb
Atlantik okeanın mərkəzi hissəsində 6,7 bal gücündə zəlzələ baş verib.
AzNews.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri Braziliyanın Natal şəhərindən 1 196 kilometr şimali-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.