24-25 sentyabr iclasında dövlət və hökumət rəhbərləri Belarusdakı böhranı və rusiyalı müxalifətçi Aleksey Navalnının vəziyyətini müzakirə edəcəkdilər 24-25 sentyabr iclasında dövlət və hökumət rəhbərləri Belarusdakı böhranı və rusiyalı müxalifətçi Aleksey Navalnının vəziyyətini müzakirə edəcəkdilər

Avropa İttifaqının sammiti təxirə salındı

24-25 sentyabr iclasında dövlət və hökumət rəhbərləri Belarusdakı böhranı və rusiyalı müxalifətçi Aleksey Navalnının vəziyyətini müzakirə edəcəkdilər

Avropa İttifaqının (Aİ) Prezidenti Şarl Mişel koronavirus təhlükəsi səbəbindən özünütəcrid rejimində olduğu üçün 24-25 sentyabr tarixinə planlaşdırılan Zirvə toplantısı 1-2 oktyabr tarixlərinədək təxirə salıb.

AzNews.az “TASS”a istinadən xəbər verir ki, İttifaqın Təhlükəsizlik xidmətinin əməkdaşlarından birinin koronavirus testi pozitiv çıxıb və o, karantinə alınıb. Həmin şəxs Şarl Mişellə də təmasda olub. Bu səbəbdən sammitin tarixi dəyişdirilib. Mişel müntəzəm olaraq COVİD-19 testindən keçir. Sonuncu testin nəticəsi neqativ olub. Buna baxmayaraq, Belçikada pandemiya ilə mübarizə qaydalarına əsasən, Aİ Prezidenti özünü təcrid etməlidir.

Qeyd edək ki, 24-25 sentyabr iclasında dövlət və hökumət rəhbərləri Belarusdakı böhranı və rusiyalı müxalifətçi Aleksey Navalnının vəziyyətini müzakirə edəcəkdilər.