İstifadəçilər problemlərlə üzləşiblər İstifadəçilər problemlərlə üzləşiblər

"Zoom" nasazlayıb

İstifadəçilər problemlərlə üzləşiblər

"Zoom" videokonfranslar xidmətinin istifadəçiləri xidmətin işində qüsurlarla üzləşiblər.

Məlumata görə, bu barədə internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər yayıb.

Bildirilir ki, "Zoom"un işində texniki qüsurlar əsasən ABŞ-da, Böyük Britaniyada və Norveçdə qeydə alınıb.

Qeyd edək ki, portalın məlumatına görə, istifadəçilərin təxminən 51 faizi serverə qoşulmaqda, 33 faizi videokonfransa qoşulmaqda, 15 faizi isə hesaba daxil olarkən problemlərlə üzləşiblər.

AzNews.az