945 nəfər koronavirusdan ölüb 945 nəfər koronavirusdan ölüb

Ermənistanda 374 yoluxma qeydə alınıb

945 nəfər koronavirusdan ölüb

Ermənistanda koronavirusa yoluxanların sayı 48 251 nəfərə çatıb.

Erməni KİV-lərinin yaydığı məlumata görə, son sutka ərzində 374 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 3 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 945 nəfər koronavirusdan ölüb, 3 748 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

AzNews.az