Bu barədə jurnalist Dorin Skobioale sosial şəbəkədə məlumat yayıb Bu barədə jurnalist Dorin Skobioale sosial şəbəkədə məlumat yayıb

Moldovanın DİN rəhbəri koronavirusa yoluxdu

Bu barədə jurnalist Dorin Skobioale sosial şəbəkədə məlumat yayıb

Moldovanın Daxili İşlər naziri Pavel Voyku koronavirusa yoluxma səbəbilə reanimasiyaya yerləşdirilib.

AzNews.az xəbər verir ki, bu barədə jurnalist Dorin Skobioale sosial şəbəkədə məlumat yayıb. Lakin DİN-in mətbuat katibi Alina Zbanke onunla mübahisə edərək xəbəri təkzib edib. Bundan iki saat sonra isə Voykunun rəsmi feysbuk səhifəsində onun xəstəliyi barədə informasiya yerləşdirilib.

“Sosial şəbəkələrdə səhhətimin vəziyyəti ilə bağlı yayımlanan məlumatlarla əlaqədar açıqlama vermək qərarına gəldim. Sentyabr ayında immunitet sistemimin kəskin zəifləməsinə səbəb olan sağlamlıq problemim olduğunu və bu səbəbdən COVID-19 infeksiyasına qarşı daha həssas olduğumu aşkarladım. Keçən həftə test verdim, nəticə pozitiv oldu. İndi Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişəm və müalicə alıram. Səhhətim yaxşılaşıb və ümid edirəm ki, tezliklə işə qayıdacağam”.

Qeyd olunur ki, DİN rəhbəri bununla ikinci dəfədir xəstəliyə yoluxub. Bundan öncə o, may ayında virusa yoluxmuş, lakin xəstəliyi yüngül keçirmişdi.

O zaman Sərhəd Mühafizə Xidmətinin rəisi Korneliu Qroza, avqustda Səhiyyə, Əmək və Sosial Müdafiə Nazirliyi Viorika Dumbrevyanu da COVID-19-a yoluxmuş, evdə müalicə olunaraq sağalmışdı.

Eyni zamanda 10 millət vəkili virusa yoluxmuşdu. Hazırda bütün parlament fraksiyalarından ən azı 7 deputat xəstədir. Bu səbəbdən parlament iclas üçün toplana bilmir və hökumət iclaslarını yalnız onlayn keçirir.