Bu barədə Ermənistanın “Qaparak” qəzeti məlumat yayıb Bu barədə Ermənistanın “Qaparak” qəzeti məlumat yayıb

Ermənistanın ədliyyə naziri də vəzifəsindən azad ediləcək

Bu barədə Ermənistanın “Qaparak” qəzeti məlumat yayıb

Ermənistan ədliyyə naziri Rüstəm Badasyanın da vəzifəsini tərk etməsi ehtimal olunur.

AzNews.az xəbər verir ki, bu barədə Ermənistanın “Qaparak” qəzeti məlumat yayıb.

Qəzetin qeyd etdiyi kimi, Ermənistan polisinin keçmiş rəis müavini Hovannes Koçaryan ədliyyə naziri vəzifəsinə namizədlər arasında idi, lakin o, bu təklifi rədd edib.

Nəşr yazır: “Hazırda səlahiyyətlilər iki qadın arasında - Baş nazirin müşaviri Anna Vardapetyan və hazırkı ədliyyə nazirinin müavini Kristine Qriqoryan arasında seçim edir”.

Qeyd edək ki, Rüstəm Badasyan Ermənistanın ədliyyə naziri vəzifəsinə 19 iyun 2019-cu il tarixində təyin edilib.