Tramp Ağ Evdən bu halda gedəcəyini açıqladı

Tramp rəqibi Co Baydenin qələbəsi rəsmi açıqlanarsa, Ağ Evdən gedəcəyini deyib

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Şükran günü ilə bağlı hərbçilərlə keçirdiyi video-konfransda prezident seçkiləri haqqında danışıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər ki, Tramp rəqibi Co Baydenin qələbəsi rəsmi açıqlanarsa, Ağ Evdən gedəcəyini deyib.

Bununla belə o, Demokratlar Partiyasının seçkilərdə hiylə etdiyini, əslində seçkini özünün qazandığını təkrarlayıb.

“Bildiyim bir şey var ki, o da Baydenin 80 milyon səs toplamadığıdır. Co Bayden heç Barak Obamanın rekordunu da yeniləməyib”, - deyə Tramp bildirib.