Bu rəqəmin arta biləcəyi ehtimal olunur Bu rəqəmin arta biləcəyi ehtimal olunur

İrəvanda aksiyalarda 29 nəfər saxlanıldı

Bu rəqəmin arta biləcəyi ehtimal olunur

İrəvanda hökumət əleyhinə aksiyalar zamanı 29 nəfər saxlanılıb.

AzNews.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a polisin mətbuat xidmətinin əməkdaşı Zarzand Gabrileyan məlumat verib.

“Əldə etdiyim son məlumata görə, 29 vətəndaş saxlanılıb”,- deyə Qabrileyan qeyd edib.

Ancaq bu rəqəmin arta biləcəyi ehtimal olunur.

Qeyd edək ki, etirazçılar baş nazir Nikol Paşinyanın istefasını tələb edərək hökumət binasının qarşısına toplaşmışdılar.