Şəxsi avtomobillərin idarə edilməsi də qadağandır Şəxsi avtomobillərin idarə edilməsi də qadağandır

Çində Rusiya ilə həmsərhəd şəhərə giriş-çıxış bağlandı

Şəxsi avtomobillərin idarə edilməsi də qadağandır

Çində Dunin şəhərinin səlahiyyətliləri koronavirusun yayılma təhlükəsi səbəbiylə 13 dekabr tarixindən şəhərə giriş və çıxışın qadağan edilməsi ilə bağlı qərar qəbul edib.

Bu barədə AzNews.az RİA “Novosti”yə istinadən xəbər verir.

Şəhər ərazisində həmçinin, ictimai nəqliyyat vasitələrinin və taksilərin hərəkəti müvəqqəti olaraq dayandırılır. Bundan başqa, şəxsi avtomobillərin idarə edilməsi də qadağandır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə dünyada koronavirusa yoluxmuş 69,5 milyondan çox insanın 1,6 milyonu vəfat edib.