- Dünyanın halı
- 20 Dekabr 2020 14:22
- 3 120
Rusiyada son 2 həftədə rekord yoluxma
Ermənistanda son sutka ərzində daha 652 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb
Rusiyada son bir gündə 28 min 948 yeni yoluxma faktı qeydə alınıb. Bu, dekabrın 6-dan indiyədək qeydə alınan ən yüksək göstərici olub.
AzNews.az “worldometers”ə istinadən xəbər verir ki, son 24 saat ərzində 511 pasiyent ölüb, bununla da vəfat edənlərin sayı 50 min 558 nəfərə çatıb. İndiyədək koronavirusa yoluxan 2 milyon 275 min 657 nəfər sağalıb.
Ölkə üzrə ümumilikdə 2 milyon 848 min 377 nəfər insan koronavirusa yoluxub.
Gürcüstanda son 24 saat ərzində daha 1 731 nəfərdə “COVID-19” aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 208 min 638-ə çatıb.
Ölkədə sutka ərzində daha 39 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 2 094-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 180 min 441 nəfərdir.
Ermənistanda son sutka ərzində daha 652 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 153 min 825 nəfərə çatıb. Daha 14 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2 630-a çatıb. Ümumilikdə sağalanların sayı isə 132 min 532 nəfərdir.
Qeyd edək ki, Ermənistanda pandemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.