Şübhəli bilinən digər şəxs isə prokurorluq əməkdaşları tərəfindən həbs olunub Şübhəli bilinən digər şəxs isə prokurorluq əməkdaşları tərəfindən həbs olunub

Vyanadakı terrorda şübhəli bilinən daha iki şəxs saxlanılıb

Şübhəli bilinən digər şəxs isə prokurorluq əməkdaşları tərəfindən həbs olunub

Vyanada törədilən terror hücumlarında şübhəli bilinən daha iki nəfər Avstriyanın paytaxtında saxlanılıb.

AzNews.az bu barədə “Kronen Zeitung”a istinadən xəbər verir.

Nəşrin məlumatına görə, şübhəlilərdən biri Əfqanıstan əsilli Avstriya vətəndaşıdır. Həmin şəxs “Cobra” xüsusi təyinatlı qüvvələri tərəfindən tutulub. Adı açıqlanmayan şəxsin DNT-si zərəsizləşdirilən terrorçunun istifadə etdiyi tüfəng və patronlarda aşkarlanıb.

Şübhəli bilinən digər şəxs isə prokurorluq əməkdaşları tərəfindən həbs olunub.

Xatırladaq ki, noyabrın 2-si axşam saatlarında Vyananın 6 ərazisində törədilən hücumlar nəticəsində üç nəfər ölüb, 15 nəfər yaralanıb. Hücum edənlərdən biri polis tərəfindən öldürülüb. Həmin şəxsin İŞİD tərəfdarı olduğu bildirilir.