Bu barədə İsrailin Baş Naziri Binyamin Netanyahu bildirib Bu barədə İsrailin Baş Naziri Binyamin Netanyahu bildirib

İsrail xarici vətəndaşların ölkəyə girişinə qadağa qoydu

Bu barədə İsrailin Baş Naziri Binyamin Netanyahu bildirib

İsrail dekabrın 23-dən etibarən xarici vətəndaşların ölkəyə girişinə qadağa qoyur.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş Naziri Binyamin Netanyahu bildirib. Onun sözlərinə görə, son 48 saat ərzində ölkəyə qayıdanlar isə yeni növ koronavirusla əlaqədar olaraq məcburi karantinə alınacaqlar:

“Xarici vətəndaşlar ölkəyə daxil ola bilməyəcəklər. İstisna hal diplomatlara aiddir. Bu andan etibarən 48 saat ərzində ölkəyə qayıdanlar xüsusi mərkəzlərdə karantində saxlanılacaqlar”.