- Dünyanın halı
- 23 Dekabr 2020 09:30
- 3 544
Koronavirusun yeni növ ştammı aşkarlanıb
Braziliyada
Braziliyalı alimlər Rio-de-Janeyro ştatında koronavirusun yeni növ ştammını aşkar ediblər.
TASS-ın yaydığı məlumata görə, bu barədə "Qlobo" qəzeti xəbər verir.
“Bizim bu mutasiyanın yüksək təhlükə yaratdığına dair sübutumuz yoxdur. Lakin bu, virusun ştat ərazisində intensiv yayılmasından, eləcə də sosial məsafə tədbirlərinin və nəzarətin nə qədər vacib olduğundan xəbər verir. Söhbət artıq ölkədə geniş yayılmış B.1.1.28 növünün mutasiyasından gedir”, - Milli Elmi Hesablama Laboratoriyasının qrup rəhbəri Ana Tereza Vaşkonseluşdan bildirib.
Britaniyada aşkarlanan ştammda olduğu kimi, Rio-de-Janeyroda aşkar olunmuş koronavirusun yeni növünün 94 faiz nümunələrində eyni mutasiya cəmlənib. Alimlər bu növ infeksiyanın Rio-de-Janeyroda iyul ayında ortaya çıxdığını, ancaq sonradan onun izlərinə ştatın 19 müxtəlif şəhərində də rast gəlindiyini dəqiqləşdiriblər.
İlk infeksiyaya yoluxma halı 26 fevralda təsdiqləndiyi Braziliya, ən çox yoluxmuş ölkəkər siyahısında ABŞ və Hindistandan sonra üçüncü yeri tutur (7,318,821). Ölənlərin sayına görə (188.259) ABŞ-dan sonra ikinci yerdədir. Ötən həftə ölkədə pandemiya başlayandan rekord 333.028 yoluxma və 5.233 ölüm hadisəsi qeydə alınıb.