1990-cı illərdən başlayaraq Xəzər dənizinin səviyyəsi hər il bir neçə santimetr aşağı düşür 1990-cı illərdən başlayaraq Xəzər dənizinin səviyyəsi hər il bir neçə santimetr aşağı düşür

Alimlərdən Xəzərin səviyyəsində təhlükəli enişlə bağlı proqnoz

1990-cı illərdən başlayaraq Xəzər dənizinin səviyyəsi hər il bir neçə santimetr aşağı düşür

Alman və niderlandlı alimlər Xəzər dənizinin səviyyəsinin təhlükəli enişi ilə bağlı proqnoz açıqlayıblar.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, dənizin səviyyəsi 2100-cü ilədək 9-18 metr enəcək. Tədqiqatların nəticələri “Nature Communications Earth & Environment” jurnalında dərc olunub. Qeyd edilir ki, bu problem ekoloji, iqtisadi və digər problemlərə səbəb olacaq.

Alimlərin sözlərinə görə, 1990-cı illərdən başlayaraq Xəzər dənizinin səviyyəsi hər il bir neçə santimetr düşür. 2100-cü ilə qədər isə su hövzəsinin sahəsinin təxminən ¼-i qədər azalacağı proqnozlaşdırılır.

Alimlər bu problemin koordinasiyalı həlli üçün Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının himayəsi altında yox olmaqda olan göllər üzrə beynəlxalq işçi qrupu yaratmağa çağırırlar.