- Dünyanın halı
- 27 Dekabr 2020 20:46
- 3 725
İsraildə üçüncü total karantin rejimi başladı
Dekabrın 20-də İsraildə koronavirus qarşı milli vaksinasiya kampaniyasına start verilib
Bu gün İsraildə pandemiya dövrünün üçüncü total karantin rejimi başlayıb.
AzNews.az xəbər verir ki, yanvarın 9-dək israillilərə zərurət olmadıqda evlərindən bir kilometrdən çox uzaqlaşmaq, bir-birinə qonaq getmək qadağan olunub. Karantin müddətində zəruri tələbat malları satan mağazalar istisna olmaqla, bütün ticarət obyektləri bağlanacaq, restoranlara yalnız çatdırılma xidmətləri göstərməyə icazə veriləcək.
Həmçinin ölkədə bütün əyləncəli tədbirlər qadağan edilib, ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Səhiyyə Nazirliyinin mətbuat xidməti tətbiq olunan bu və digər məhdudiyyətlərin siyahısını dərc edib.
Qeyd edək ki, dekabrın 20-də İsraildə koronavirus qarşı milli vaksinasiya kampaniyasına start verilib.