- Dünyanın halı
- 3 Yanvar 2021 17:11
- 3 779
Dünyada koronavirusa yoluxanların sayı 85 milyonu ötdü
Bu barədə “worldometers.info”da məlumat verilib
Dünyada yeni növ koronavirus (“COVID-19”) infeksiyasına yoluxanların sayı 85 milyonu ötüb.
AzNews.az bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.
Belə ki, indiyədək 85 040 066nəfər koronavirusa yoluxub, 1 844 920 nəfər bu virusdan dünyasını dəyişib, 60 136 133 nəfər sağalıb.
Hazırda dünyada 23 029 013 aktiv koronavirus xəstəsi var ki, onlardan da 106 039-nun vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib.