İndoneziyada zəlzələ qurbanlarının sayı artdı

Bu barədə Milli Fəlakətləri İdarəetmə Qurumu (BNPB) bildirib

İndoneziyanın Sulavesi adasında ötən gün baş verən zəlzələdə ölənlərin sayı 46-a çatıb.

AzNews.az “Tempo”ya istinadən xəbər verir ki, bu barədə Milli Fəlakətləri İdarəetmə Qurumu (BNPB) bildirib.

Bundan əvvəl 42 nəfərin öldüyü, 637 nəfərin də xəsarət aldığı bildirilmişdi. Qərbi Sulavesi əyalətində fövqəladə vəziyyət elan olunub.

Xatırladaq ki, cümə gecəsi mərkəzi adıçəkilən əyalətin Mamucu şəhəri yaxınlığında yerləşən 6,2 manqitudalı zəlzələ baş verib. Təbii fəlakətdən dərhal sonra 15 minədək əhali yaşadıqları yerləri tərk etməli olub.