130 maşın toqquşdu - Fotolar

Hadisə zamanı maşınlarda 200-ə yaxın sərnişinin olduğu qeyd olunub

Yaponiyada yağan güclü qar tarixin ən böyük qəzalarından birinə səbəb olub.

AzNews.az xəbər verir ki, yolların buz bağlamasına görə 130 avtomobil toqquşub.

Hadisə zamanı maşınlarda 200-ə yaxın sərnişinin olduğu qeyd olunub. Onlardan 10 nəfər ağır yaralanıb, bir nəfər həyatını itirib.

Yaponiya Meteoroloji Agentliyi Hokkaido, Tohoku və Hokuriku bölgələrində qarın güclənəcəyi barədə məlumat yayıb, sürücülərə xəbərdarlıq edib. Bildirilib ki, bölgələrdə qarın hündürlüyü 50 sm-ə çatıb.

image description image description image description