Azərbaycan və Rusiya-Türkiyə tandemi Ermənistan rəhbərliyinə təsirini davam etdirir Azərbaycan və Rusiya-Türkiyə tandemi Ermənistan rəhbərliyinə təsirini davam etdirir

“Ermənistan hakimiyyəti dəyişməlidir” - Ohanyan

Azərbaycan və Rusiya-Türkiyə tandemi Ermənistan rəhbərliyinə təsirini davam etdirir

“Nikol Paşinyan niyə erməni əsirlərinin geri qaytarılması məsələsini həll edə bilmədi? Bilirsiniz, səlahiyyətlilər bu sualın cavabını verməlidir. Müharibə boyu “Biz qalib gələcəyik!” şüarı altında yürüdülən siyasət nəticəsində məğlubiyyətə düçar olduq, amma indi hakimiyyət “Biz susuruq!” şüarı altında hərəkət edir. Onlar insanların bu suallarına cavab verməlidirlər”.

AzNews.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan bildirib.

Onun fikrincə, Ermənistanın yeni və daha cəsarətli bir hökumətə ehtiyacı var.

“Azərbaycan və Rusiya-Türkiyə tandemi Ermənistan rəhbərliyinə təsirini davam etdirir. Buna görə də deyirik ki, Ermənistan hakimiyyəti dəyişməlidir. Bunu söyləməkdən məmnun deyiləm. Bu vəziyyətdən çıxmaq və ləyaqətimizi bərpa etmək üçün sadəcə yeni, daha cəsarətli və daha yaxşı danışıqlar aparan orqanlara ehtiyacımız var. Əks təqdirdə, 11 yanvarın (Moskva görüşü - red.) davamı olacaq. Bu vəziyyətdə bizim uğursuzluqlar, geri çəkilmələrimiz davam edəcək”, - deyə Ohanyan bildirib.