- Dünyanın halı
- 20 Yanvar 2021 09:36
- 4 289
Hərbi dəniz məktəbində partlayış - 5 ölü, 5 yaralı
Kampusun bir hissəsini əhatə edən yanğın başlayıb
Liviyanın Cənzur şəhərində yerləşən hərbi dəniz məktəbinin ərazisində baş vermiş partlayış və yanğın nəticəsində azı 5 nəfər həlak olub.
AzNews.az “Afrigatenews” informasiya portalına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Ölənlər arasında briqada generalı Əhməd Əyyub, həmçinin onun müavini Salem əbu Salah da var. Daha beş nəfər yaralanıb.
Məlumata görə, güclü partlayış ali təhsil müəssisəsinin ərazisində yerləşən silah-sursat anbarında baş verib. Bundan sonra kampusun bir hissəsini əhatə edən yanğın başlayıb.