Yanğında həlak olanların ailələrinə şəhər büdcəsi hesabına yardım ediləcək Yanğında həlak olanların ailələrinə şəhər büdcəsi hesabına yardım ediləcək

Xarkovda matəm elan olundu

Yanğında həlak olanların ailələrinə şəhər büdcəsi hesabına yardım ediləcək

Qocalar evində baş vermiş yanğın zamanı 15 nəfərin ölməsi səbəbindən Xarkovda 22 yanvar matəm günü elan edilib.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Xarkov Regional Dövlət Administrasiyası rəhbərinin müavini Aleksandr Skakun məlumat verib. O bildirib ki, yanğında həlak olanların ailələrinə şəhər büdcəsi hesabına yardım ediləcək.

Qeyd edək ki, qocalar evində baş vermiş yanğının araşdırılması üçün komissiya təşkil edilib. Tədqiqatların nəticələri bir ay sonra elan olunacaq.

Ukraynanın daxili işlər naziri Arsen Avakov qocalar evinin qanunsuz fəaliyyət göstərdiyini bildirib.