Hazırda Qabona istiqamət götürən gəmidə üç ekipaj üzvü var Hazırda Qabona istiqamət götürən gəmidə üç ekipaj üzvü var

“Mozart” gəmisi Qabona istiqamət götürüb

Hazırda Qabona istiqamət götürən gəmidə üç ekipaj üzvü var

Qvineya körfəzində nigeriyalı dəniz quldurlarının hücumuna məruz qalmış Türkiyəyə məxsus “Mozart” konteyner gəmisi Qabona istiqamət götürüb.

AzNews.az “Anadolu” agentliyinə istinadən xəbnər verir ki, Liberiya bayrağı altında hərəkət edən Türkiyəyə məxsus nəqliyyat vasitəsi Bakı vaxtı ilə saat 10:00-da liman sahillərinə çatacaq.

Qeyd edək ki, dəniz quldurları 19 ekipaj üzvündən 15-ni girov götürüb. Qarşıdurmada 1 azərbaycanlı həlak olub. Hazırda Qabona istiqamət götürən gəmidə üç ekipaj üzvü var.