İkitərəfli münasibətlər və regional proseslər müzakirə olunub İkitərəfli münasibətlər və regional proseslər müzakirə olunub

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

İkitərəfli münasibətlər və regional proseslər müzakirə olunub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, prezidentlər iqtisadiyyat, nəqliyyat, təhlükəsizlik və digər sahələr üzrə ikitərəfli münasibətlər və regional prosesləri müzakirə ediblər.

AzNews.az xəbər verir ki, Prezident Ərdoğan Türkiyə-İran əlaqələrinin gücləndirilməsi istiqamətində həmfikir olduqlarını bildirib.

ABŞ-ın yeni rəhbərliyindən İrana qarşı tətbiq edilən sanksiyalardan imtina etmələrini istədiklərini deyən Türkiyə Prezidenti, son bir neçə gündə bu mövzuda edilən açıqlamaların yeni bir fürsət pəncərəsi açdığını qeyd edib. Bildirilib ki, Hərtərəfli Birgə Fəaliyyət Planının yenidən fəaliyyətə keçməsi nöqtəsində bütün tərəflərin görüşmələri ən doğru yoldur və bütün çətinliklərə baxmayaraq dialoq qapılarını açıq saxlamağın vacibdir.(AZƏRTAC)

AzNews.az