ÜST məlumat yayıb ÜST məlumat yayıb

Son bir gündə 718 min nəfərdə koronavirus aşkar olunub

ÜST məlumat yayıb

Dünyada yeni növ koronavirus infeksiyasına təsdiqlənmiş yoluxma hallarının sayı son 24 saat ərzində 718 mindən çox artaraq, ümumilikdə 133,53 milyonu keçib ki, bu da yanvarın 10-dan bəri sutkalıq yoluxmada ən yüksək göstəricidir.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən açıqlanan hesabatda qeyd olunub.

Məlumata görə, son bir gündə ölənlərin sayı 12,6 mindən çox artaraq 2,88 milyonu keçib.