Dünyada koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət ətraflı analiz olunub Dünyada koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət ətraflı analiz olunub

ÜSTpandemiya ilə əlaqədar qlobal fövqəladə vəziyyət rejimini üç ay uzadıb

Dünyada koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət ətraflı analiz olunub

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyası ilə əlaqədar qlobal səhiyyədə fövqəladə vəziyyət rejimini daha üç ay uzadıb.

AzNews.az xəbər verir ki, bu barədə ÜST-ün Cenevrədəki fövqəladə vəziyyətlərlə bağlı komitəsindən bildirilib.

Komitənin iclasında dünyada koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət ətraflı analiz olunub.

"ÜST-ün baş direktoru COVID-19 pandemiyasının beynəlxalq əhəmiyyət daşıyan ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət yaratmağa davam etməsi barədə qərar qəbul edib. O, komitənin tövsiyyəsi ilə razılaşıb”, - deyə ÜST-ün fövqəladə vəziyyətlərlə bağlı komitəsinin məlumatında vurğulanıb.