Dövlət başçısı ərazinin 37 hektar olduğunu qeyd edib Dövlət başçısı ərazinin 37 hektar olduğunu qeyd edib

Lukaşenko “sevimli sarayını” göstərdi - VİDEO

Dövlət başçısı ərazinin 37 hektar olduğunu qeyd edib

Belarus Prezidenti Aleksandr Lukaşenko Moldovanın keçmiş prezidenti İqor Dodon ilə şəhər xaricində qeyri-rəsmi görüş keçirib və ona “sevimli sarayını” göstərib.

AzNews.az bildirir ki, bu barədə “Pul pervoqo” “Telegram” kanalı xəbər verib.

Siyasətçilər ərazini gəziblər, Belarus lideri dovşan, at, dəvəquşu və digər heyvanların saxlanıldığı fermanı göstərib.

Lukaşenko həmçinin bir müddət oğlu Nikolayla birlikdə yaşadığı, yaşıl damı və bacası olan bir mərtəbəli taxta evi göstərərək, “Bu da mənim sevimli sarayım” deyib.

Dövlət başçısı ərazinin 37 hektar olduğunu qeyd edib, bununla belə onun hamısına sahib olmadığını vurğulayıb.