Bayden İsrailin yeni baş naziri ilə danışdı

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb

ABŞ prezidenti Cozef Bayden və İsrailin yeni baş naziri Naftali Bennet arasında telefon danışığı aparılıb.

AzNews.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Danışıq zamanı tərəflər regionda təhlükəsizlik məsələləri üzrə sıx əməkdaşlığı davam etdirmək barədə razılıq əldə ediblər.

"Prezident Bayden administrasiyasının İsrail və Fələstinlilər üçün sülh, təhlükəsizlik və firavanlığı təşviq etmək üzrə İsrail hökuməti ilə sıx əməkdaşlıq etmək niyyətini ifadə edib", - məlumatda deyilir.

Daha əvvəl "Yamina" partiyasının lideri Naftali Bennettin İsrailin 13-cü baş naziri seçilərək 12 il dəyişmədən baş nazir olmuş və indi müxalifətə keçən Binyamin Netanyahunu əvəz etdiyi bildirilib.