Axtarışlar davam edir Axtarışlar davam edir

Yaltanı su basması nəticəsində xəsarət alanların sayı artdı

Axtarışlar davam edir

Krımda yağan leysan yağışları səbəbindən Yaltanı su basması nəticəsində xəsarət alanların sayı 43-ə çatıb.

Bu barədə AzNews.az TASS-a istinadən xəbər verir.

Məlumata görə, onlardan 6-sı hospitalizə edilib. İki nəfər itkin düşmüş hesab olunur, axtarışlar davam edir.

Daha əvvəlki xəbərlərə görə, təbii fəlakət nəticəsində bir nəfər həyatını itirib. Yaltada 13 hotel su altında qalıb, onların ikisindən turistlər təxliyə edilib. Çimərliklərin infrastrukturu sıradan çıxıb.