- Dünyanın halı
- 1 İyul 2021 10:06
- 4 610
BMT bu ölkədəki missiyasının müddətini bir il uzatdı

Bu barədə BMT TŞ-nin iclasında qərar qəbul olunub
BMT Təhlükəsizlik Şurası BMT Mali Çoxtərəfli İnteqrasiya Sabitlik Missiyasının vəzifə müddətini bir il uzadıb.
AzNews.az xəbər verir ki, bu barədə BMT TŞ-nin iclasında qərar qəbul olunub.
Bildirilib ki, uzun illərdir təhlükəsizlik böhranının davam etdiyi Malidə təxminən 15 min əsgər və polisdən təşkil olunmuş missiyanın müddəti 30 iyun 2022-ci ilə qədər uzadılıb.
Sözügedən missiya Malidə təhlükəsizlik böhranı fonunda 25 aprel 2013-cü ildə BMT TŞ-nin qərarı ilə qurulub.
Missiyada 13 min 289 hərbçi və 1980 polis çalışır.