Ən çox şikayət ABŞ, Kanada, İngiltərə və Yaponiyadan gəlib Ən çox şikayət ABŞ, Kanada, İngiltərə və Yaponiyadan gəlib

"Twitter"in işində problem yarandı

Ən çox şikayət ABŞ, Kanada, İngiltərə və Yaponiyadan gəlib

"Twitter" sosial şəbəkəsinin işində bir neçə ölkədə fasilələr müşahidə olunur.

AzNews.az-ın məlumatına görə, bunu populyar İnternet resurslarının işini izləyən "Downdetector" xidməti bildirib.

Ən çox şikayət ABŞ, Kanada, İngiltərə və Yaponiyadan gəlib.

Məlumata əsasən, problemlər barədə ən çox məlumat (6500-dən çox) ABŞ-dan olan istifadəçilərdən gəlib, onlar saytın işində fasilələrdən şikayət edirlər (92 faiz), 6 faizi hesablarına daxil ola bilmir və daha 2 faizi Android əməliyyat sistemi olan cihazlardakı "Twitter" tətbiqi ilə bağlı problem yaşayır.