COVAX dövlətlərə çağırış ETDİ

Bununla da həmin insanların səyahətə çıxa, tədbirlərdə iştirak edə bilmələri...

COVAX bütün dövlətləri Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən qəbul edilən vaksinləri vurduran insanları tam şəkildə peyvənd olunmuş kimi tanımağa çağırıb.

Aznews.az xəbər verir ki, bununla da həmin insanların səyahətə çıxa, tədbirlərdə iştirak edə bilmələri müəyyənləşdiriləcək.

Qeyd edək ki, indiyədək Çinin “Sinopharm” və “Sinovac” dərmanları, ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətlərinin birgə istehsal etdiyi “Corminaty”, ABŞ-ın “Janssen” və “Moderna” şirkətlərinin dərmanları, “AstraZeneca” Böyük Britaniya - İsveç şirkətilə Oksford Universitetinin birgə hazırladığı dərmanın iki variantı ÜST tərəfindən koronavirusa qarşı təcili istifadə üçün tövsiyə olunub.