"COVID pasportu diskriminasiyaya səbəb olmamalıdır" - ÜST-ün baş direktoru

Bunu Tedros Adanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə deyib

“Yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinasiya pasportunun tətbiqi vaksin çatışmazlığı ilə üzləşən və ya fərqli vaksin növlərindən istifadə edən digər ölkələrin sakinlərinə qarşı diskriminasiyaya səbəb olmamalıdır”.

Aznews.az-ın TASS-a istinadən xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, bəzi ölkələr və bölgələr “COVID-19” ilə əlaqədar peyvənd sertifikatının tətbiqinə başlayıb: “Bunun peyvənd olunmayan və ya müəyyən növ peyvəndi olmayan insanlara, ölkələrə qarşı ayrıseçkiliyə yol açmamasının çox vacib olduğunu vurğulamaq istəyirəm”.